Yasamaldakı bina marağa səbəb oldu - FOTO

20 İyun 2019 15:41

Bakının Yasamal rayonu ərazisində yerləşən binaların biri vətəndaşların diqqətini cəlb edib.  

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 11 mərtəbəli yaşayış binasının eyvanlarında Azərbaycan bayrağının rənglərini əks etdirən işıqlar quraşdırılıb. Belə ki, üçrəngli bayrağımızın rənglərinin ardıcıllığına əsasən, eyvanlar mavi, qırmızı, yaşıl rənglə işıqlandırılıb. 

Marağa səbəb olan görüntünü hüquq müdafiəçisi Xalid Ağaəli sosial şəbəkədə paylaşıb. 

Milli.Az