Azərbaycanda araq istehsalı artıb – Rəsmi

20 İyun 2019 18:24

Bu ilin yanvar-may aylarında Azərbaycanda araq istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə artaraq 730 min dekalitr təşkil edib.

Milli.Az APA-ya istinadən bildirir ki, hesabat dövründə ölkədə 154,3 min dekalitr likörlar istehsal edilib ki, buda ötən ilin müvafiq dövrünə nisbətdə 4,6 dəfə çoxdur.

İçki və tütün məmulatlarının istehsalı:

Məhsul növləri

2019-cu ilin yanvar-may aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %

İçki məhsulları

Şampan şərabı, min dkl

0,5

-

Araq, min dkl

730

4,2 dəfə

Brendi (konyak), min dkl

11,4

2,2 dəfə

Üzüm şərabı, min dkl

223,4

29,3

Pivə, min dkl

1 406,5

98,6

Likörlar, min dkl

154,3

4,6 dəfə

Alkoqolsuz içkilər, min dkl

8 860,5

123,8

Tütün məmulatları

Fermentləşdirilmiş tütün, ton

2 621,3

2,1 dəfə

Papiros və siqaretlər, mln. ədəd

1 272,9

99,8

Milli.Az