Əməkhaqlarına olan artımların maliyyə mənbəyi açıqlandı

20 İyun 2019 13:53

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyev tərəfindən təsdiq edilən ikinci sosial paketə ayrılan maliyyə vəsaitinin mənbəyini açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, nazir Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında çıxışında bildirib ki, ikinci qəbul edilən sosial paketin maliyyə dəyəri 660 milyon manatdır:

"Bunun 560 milyon manatı dövlət büdcəsinin, qalan 100 milyon manatı isə Dövlət Sosial Müdafiə Fondunun payına düşür. Dövlət büdcəsindən yönəldilən vəsait isə yenə daxildən əldə edilən vəsaitdir. Bu vəsaitlər vergi və gömrük yığımları hesabına yığılıb".

Milli.Az