Hüseynağa Atakişiyev yad olundu

12 Aprel 2010 11:51
Milli.Az xəbər portalının məlumatına görə, tədbirdə rejissor Sərvər Əliyevin quruluşunda türk yazarı Əziz Nesinin "Bir az gəlirmisiniz?" əsəri əsasında "Çağırış" tamaşası təqdim olundu.
Tamaşadan öncə Hüseynağa Atakişiyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Gənc Tamaşaçıdlar Teatrının direktoru Mübariz Həmidov, rejissorlar Cənnət Səlimova, Ağalar İdrisoğlu, "Çağırış" tamaşasının quruluş müəllifi Sərvər Əliyev və Hüseynağa Atakişiyevin yaxın dostlarından biri Sadıq Murtuzayev mərhumla bağlı xatirələrini bölüşdülər.
Qeyd edəki ki, Gənclər Teatrının 20 illiyinə həsr olunaraq hazırlanmış bu tamaşanın premyerası ötən il martın 27-də olub. Ötən həftə sonu keçirilən növbəti nümayiş isə tamaşanın say etibarilə ikinci premyerası sayılır. Və Gənclər Teatrının Gənc Tamaşaçılar Teatrına birləşdirilməsindən sonra keçmiş teatrın kollektivindən ibarət oynanılan ilk tamaşa.
Tamaşanın rejissoru Sərvər Əliyevin sözlərinə görə, məhz bu tamaşanın Hüseynağa Atakişiyevin xatirəsinə ithaf oalraq seçilməsi təsadüfi deyil: "Əsərin qəhrəmanı ömrünü, həyatını çox sevdiyi sənətinə həsr edən bir insandır. Hüseynağa Atakişiyev də bu sənət yolunda canından, ailəsindən keçdi. Onun sənətə duyduğu tutqusu, ehtirası və hədsiz sevgisi haqdadır bu tamaşa. Hüseynağa müəllim sözün həqiqi mənasında bir sənət fədaisi idi". Qeyd edək ki, aperlin 9-də Hüseynağa Atakişiyev ölümünün 4-cü ildönümü idi. Sərvər Əliyev həmçinin bidirdi ki, ötən il sentyabrın 8-də ustadının 60 yaşı tamam oldu. Bu münasibətdə yubiley gecəsi keçirilməsi planlaşdırılsa da, bəzi obyekvtiv və subyektiv səbbələrdən dolayı mümkün olmayıb.
"Çağırış"tamaşasının bəstəkarı əməkdar incəsənət xadimi Sərdar Fərəcov, rəssamı Vüqar Əlidir.
Rollarda əməkdar incəsənət xadimi Qəmər Məmmədova (Zani), Qurban İsmayılov (Mateh usta), Elşən Çarxanlı (Effer), Natiq Aslan (Bornok), Hüsniyyə Əhmədova (Çino),  Anar Şəfiyev (Nisa), Qədirhüseyn İsmayılov (Şarey), Ədalət Əbdülsəmədov (Pinay), Xalidə Əliməmmədova (Aşi), Vüsal Mehrəliyev, Asiya Atakişiyeva, Anar Seyfullayev (Ölüm mələkləri) iştirak edirdilər.  

Sevda Babayeva
Milli.Az