Ürəyi necə möhkəmləndirmək olar? - KARDİOLOQ MƏSLƏHƏTİ

26 İyun 2019 23:20

Amerikanın Kardioloqlar Assosiasiyası ürəyi möhkəmləndirməyin yollarından danışıblar.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bir neçə vərdişi dəyişməklə ürəyi möhkəmləndirmək mümkündür. Kardioloqlar qeyd edirlər ki, zərərli vərdişlərdən uzaqlaşmaq və balanslaşdırılmış qidalanmaya keçmək lazımdır. Eyni zamanda çəkini normada saxlamaq və fiziki fəaliyyəti unutmamaq lazımdır.

Bundan başqa, qan təzyiqi, xolesterin və qanda şəkərin səviyyəsini də nəzarətdə saxlamaq lazımdır.

Alimlər bütün 7 faktora ciddi yanaşmağı məsləhət görürlər. Ürək-damar sistemi xəstəlikləri bütün dünyada əsas ölüm səbəbindən biridir.

Bir müddət aparılan təcrübə sübut edib ki, xərçəng ölümün əsas səbəbi deyil.  Britaniyalı alimlər müəyyən ediblər ki, ürək-damar sistemi xəstəliklərindən ölənlərin sayı onkoloji xəstəlikdən ölənlərin sayından çoxdur.

Milli.Az