"Zirə" Rodriqeslə yeni müqavilə imzaladı

20 İyun 2019 19:45

"Zirə" daha bir futbolçu ilə müqaviləni yeniləyib.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi Xulio Sezar Rodriqes ilə müqavilənin müddətini 1 illik uzadıb.

Qeyd edək ki, paraqvaylı hücumçu bu ilin yanvar ayından "Zirə"nin şərəfini qoruyur.

Xatırladaq ki, klub bundan əvvəl Robin Nqalande, Mfo Kqasvane, Şafik Tiqrudca, Tellur Mütəllimov, Adrian Skarlatake ilə müqavilənin müddətini artırıb.

Milli.Az