Qazaxıstanda təyyarə qəzası: ölən var

20 İyun 2019 10:32

Qazaxıstanda təyyarə qəzası baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, insident Qazaxıstanın Akmol vilayətində qeydə alınıb.

Məlumata görə, An-2 təyyarəsinin düşməsi nəticəsində pilot həlak olub.

Daha 2 ekipaj üzvünün yaralandığı bildirlir. Yaralılar Daxili İşlər Nazirliyinin xəstəxanasına çatdırılıb.

Milli.Az