“Bacanaqlar” bitdi - FOTO

20 İyun 2019 10:00

10 ildir davam edən "Bacanaqlar" serialı ekran həyatını sonlandırıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə serialın rəsmi səhifəsində məlumat yayılıb.

Səhifədə çəkiliş komandasının və aktyorların kollektiv fotosu paylaşılıb və bu şərh yazılıb:

"Hər gözəl başlanğıcın bir sonu olur. Bu gün 10 illik bir yolun sonuna gəldik, çatdıq. "Bacanaqlar" serialı tam 9 il 11 ay davam edən 444 bölümlük bir estafeti tamamladı. Bu illər ərzində bizimlə çox insanlar çalışdı. 100-dən çox əsas rol iştirakçıları, 2000-dən çox kütləvi səhnələrdə çəkilən insanlarla qarşınızda olduq. Bu 10 ildə sizə gülüş bəxş etdiyimiz üçün çox xoşbəxtik. Hər bir tamaşaçımızı öpüb bağrımıza basırıq. Yeni, daha möhtəşəm layihələrə hazır olun".

Qeyd edək ki, ekran işində baş rolları Xalq artistləri Firəngiz Mütəllimova, Fatma Mahmudova, aktyorlar Elməddin Cəfərov və Ənvər Abbasov canlandırırdı.

10 mövsüm ərzində serialda bir çox məşhur müğənnilər və aktyorlar yer alıb.

Milli.Az