Ağsuda 20 yaşlı fəhlə hündürlükdən yıxıldı - Bakıya gətirdilər

19 İyun 2019 18:22

Ağsuda 20 yaşlı fəhlə iş zamanı hündürlükdən yıxılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, iyunun 18-də saat 17.00 radələrində rayonun Ərəbmehdibəy kənd sakini, 1999-cu il təvəllüdlü Fuad Knyazlı kənddə yerləşən "Aqropark" QSC-nin Yem zavodunda iş qəzası nəticəsində hündürlükdən düşüb.

Gənc hadisə nəticəsində aldığı ağır xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və oradan Bakıya göndərilib. 
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az