75 yaşı var, böyümür - FOTO

19 İyun 2019 18:45

Türkiyənin Zonguldak bölgəsində Mendeller dərəsi adlanan yerdə 40 metr hündürlüyündə uzun qaya yerləşir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, hər kəsin marağını cəlb edən qayanın özəlliyi isə üzərində 75 yaşı olan ağacın illərdir eyni şəkildə qalmasıdır.

Kənd əhalisi ağacın böyümədiyini və heç bir suvarma olmadan illərdir qurumadığını iddia edirlər.

Ağac buraya gələn turistlərin də diqqətini çəkir.

Milli.Az