“Baku Network” Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfransında təmsil olunur - FOTO

19 İyun 2019 14:58

Avstriyanın paytaxtı Vyanada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində Bakı Beynəlxalq Dinlərarası Və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin, Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzinin və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Milli.Az xəbər verir ki, "Baku Network" Ekspert Şurasının direktoru, TREND BİA-nın baş direktor müavini, fəlsəfə doktoru Elxan Ələsgərov da konfransda iştirak edir.

Qeyd edək ki, tədbirdə dünyanın 30-dan çox ölkəsini təmsil edən 300-ə yaxın dövlət, ictimaiyyət, elm və din xadimləri, həmçinin 5 beynəlxalq və 16 qeyri-hökumət təşkilatının rəhbərləri, o cümlədən, BMT-nin Baş katibinin müavinləri, Avstriya tərəfdən Federal Hökumətin və parlamentin nümayəndələri, habelə bu ölkədə akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların, dini konfessiyaların üzvləri iştirak edirlər.

Milli.Az