Vaşinqtonda Qarabağla bağlı önəmli görüşlər başladı

19 İyun 2019 12:42

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədrləri - Endryu Şoffer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovla (Rusiya) görüşüb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anna Naqdalyan "Facebook" səhifəsində yazıb.

Görüşdə, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Qeyd edək ki, sabah Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədlərinin iştirakı və vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi müzakirə olunacaq.

Milli.Az