İslam alimlərinin ən böyük kəşfləri - SİYAHI və FOTO

19 İyun 2019 20:15

Əslində, İslam insanlara elmi təbliğ edir. Təsadüfi deyil ki, Peyğəmbərimizin "Elm Çində də olsa, ardınca gedin" kəlamı var. Təəssüf ki, bu gün İslam deyəndə bir çox yerlərdə cəhalət nəzərdə tutulur. Amma İslamın bir qızıl dövrü, intibah dövrü də olub.

Milli.Az bu gün ölkə.az-a istinadən oxucularına müsəlman alimlərin böyük ixtiralarından bəhs edəcəyik. Bu ixtiralar bu günə qədər də insanlar tərəfindən istifadə edilir.

CERRAHÄ° ALETLER

1.Cərrahiyyə alətləri

Kordovalı təbib Əbu Qasım Zəhrəvi X əsrdə yaşayıb. Məhz o, cərrahiyyə alətlərinin ixtiraçısı sayılır. XXI əsrdə xəstəxanalarda istifadə edilən alətlərlə X əsrdə istifadə edilənləri ayırd etmək o qədər də asan deyil. Bundan başqa, Zəhrəvi 30 tomluq "Kitab-ət-təfsir" ensiklopediyasının da müəllifidir. Bu kitab tibbin inkişafına böyük təkan verib.

KRÄ°PTOLOJÄ°
2.Kriptologiya

2-ci dünya müharibəsində ərəb alim Əl-Kindinin şifrələmə metodundan istifadə edilib.

DAMITMA
3.Daşınma kubu

Cabir ibn Həyyanın kəşfidir. Bəşəriyyətə mineral turşuların, bir sıra xlorid və təmiz spirti necə əldə etməyin yollarını öyrədib. Onun kəşfi bu gün bir çox məhsulun alınmasında istifadə edilir. Buraya plastikdən tutmuş benzinə qədər məhsullar daxildir.

KALELER
4.Qalalar

Suriya və Qüds qalaları düşmən üçün alınmazdır. Dairəvi qüllələr, döyüş üçün mağzallar və s. avropalılar tərəfindən qalaların inşasında istifadə edilib.

İLK DÜNYA KÜRESİ
5.Qlobus

Siciliya kralı II Rocerin əmri ilə müsəlman qeoqraf Məhəmməd əl-İdrisi atlası hazırlayır. Bu atlas "Rocer kitabı" adlanır. Atlasda dünya şar şəklində təsvir edilib. İdrisi isə bunu vurğulamaq üçün qlobus hazırlayır.

KAHVE
6.Qəhvə

Əfsanəyə əsasən, qəhvəni Halid adlı çoban kəşf edib. O, fikir verir ki, bu meyvəni yeyən keçilər daha aktiv olur.

CEBÄ°R

7.Cəbr

Cəbrin banisi Məhəmməd əl-Xorəzmidir. O, IX əsrin ən böyük alimlərindəndir. Bu alim astronomiya, coğrafiya, riyaziyyat və tarix kimi elmlərin dahisi sayılırdı.

ŞAMPUAN KULLANIMI
8.Şampun

Səyyah, cərrah, sahibkar Şayhuddin Məhəmməd ən məşhur müsəlmanlardan biridir. O, Qərbə ilk köçənlərdəndir. Şayhuddin Londonda hind mətbəxi olan ilk restoranı açıb və Avropada şampunlu vannanı tətbiq edib. İlk dövrlərdə bu üsul müalicəvi sayılırdı. Xidmətlərinə görə, kral IV Vilhelm sarayında "şampun cərrahı" vəzifəsini tutub.

NUREDDÄ°N HASTANESÄ°
9.Pulsuz xəstəxana

Nurəddin Zəngi 1154-cü ildə Dəməşqdə xəstəxana istifadəyə verdi. Burada pulsuz müalicə təklif edilirdi. 

SOSYOLOJÄ° VE Ä°KTÄ°SAT BÄ°LÄ°MLERÄ°NÄ°N KURULMASI

10.Sosiologiya və iqtisadiyyat

Müsəlman alim İbn Haldun sosiologiya və iqtisadiyyat kimi elmlərin banisi sayılır. Onun "Müqəddimə" əsəri bu elmlərin təməl teoriyasıdır.

KÄ°MYA
11.Kimya

Ərəb alim Cabir ibn Həyyan eksperimental kimyanın banisi sayılır.

KAN DOLAŞIMI

12.Qan dövranı sistemi

Misirli alim İbn Nəfis qan dövranı sistemini kəşf edib. Onun kəşfi o dövrdə geniş yayılan İbn Sina teoriyasına ziddiyət təşkil edirdi. Buna görə də geniş populyarlıq qazanmadı və unuduldu. Onun xidməti 1957-ci ildə dəyərləndirildi.

Milli.Az