“Rəqiblərin ən güclüsü bizə düşdü” - Hacıyev

19 İyun 2019 11:38

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o,  Rumıniya təmsilçisi "Universitatya Krayova" ilə düşmələri ilə bağlı deyib:

"Görünən odur ki, püşkdə daha münasib komandalar olsa da, potensial rəqiblərdən ən güclüsü bizə düşdü. Ancaq layiqli mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik. Məqsədimiz futbolçuları hər iki oyuna daha yaxşı hazırlamaqdır. Rəqibimiz köklü komandadır. Heyətlərində fərdi keyfiyyətləri yüksək olan futbolçular var. Hətta onlardan bir neçəsini tanıyıram. Transfer pəncərəsində menecerlər tərəfindən təklif olunanlar arasında rəqibin heyətində olan futbolçular da var. Çətin rəqib olsa da, pozitiv düşünürük. Məqsədimiz ölkəmizi layiqincə təmsil etməkdir".

Milli.Az