Bakıda kişi keçmiş arvadını bıçaqladı

19 İyun 2019 10:35

Paytaxtın Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, hadisə rayonun Hövsan qəsəbəsində baş verib.

Nəcəfova Əsli Tərlan qızı yaşadığı evdə keçmiş əri tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az