Dilarə qızının xınasında ağladı - VİDEO

19 İyun 2019 10:30

Əməkdar artist Dilarə Əliyeva ilə "SOY Production"ın rəhbəri Oqtay Əliyevin qızı Aytənə xına mərasimi edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, məclis zamanı Əliyeva göz yaşlarını saxlaya bilməyib.

Xınayaxdıda şou-biznes nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, Aytən ötən ilin avqustunda Sadıq adlı şəxslə nişanlanıb. Dilarə kürəkəninin Fransada yaşadığını açıqlayıb. Cütlüyün toyu iyunun 23-də baş tutacaq.

Milli.Az