10:46
Bakıda səhər saatlarında baş vermiş qəzada xəsarət alanların kimliyi məlum olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, Babək prospektində baş vermiş qəzada iki nəfər - piyada və sürücü xəsarət alıblar.
Avtomobilin sürücü, 1975-ci il təvəllüdlü Çubanov Emil Adilyeviç kəllə-beyin travması, said sümüyünün sınığı, piyada, 1947-ci il təvəllüdlü Əliyev İsaxan Məhəmməd oğlu bud və baldır sümüklərinin sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriliblər.
---------
09:10
Bakıda səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az-ın məlumatına görə, qəza Babək prospektindən üzü şəhər istiqamətində baş verib.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin verdiyi məlumata görə, hadisə səbəbindən hazırda qeyd edilən hissədə nəqliyyat vasitələrinin hərəkərində sıxlıq müşahidə edilir.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Milli.Az