Türkiyədə adı "qırmızı siyahıya" alınan terrorist məhv edilib

19 İyun 2019 08:20

Türkiyədə keçirilən əməliyyat zamanı "qırmızı siyahı"ya daxil edilmiş PKK terrorçusu zərərsizləşdirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, "Ali Piling" ləqəbli terrorçu Şerif Yakut məhv edilib.

Bildirilir ki, Ş.Yakut Diyarbakır, Batman, Bitlis, Muş, Elazığ və Bingöl vilayətlərində terror aktlarının təşkil edilməsi üçün tapşırıqlar verib.

Milli.Az