BMW 8 Series Gran Coupe modelinin interyeri üzərindən sirr pərdəsi götürüldü - FOTO

7 İyul 2019 22:30

Deyəsən, BMW 8 Series Gran Coupe modelinin debütünü GermanCarForum saytına həvalə ediblər. Bir müddət bundan öncə, bu sayt yeni modelin eksteryer şəkillərini dərc etmişdi. Bu gün isə, forumda modelin interyerinin şəkilləri peyda olub. Rəsmi olaraq, yeni model bu həftə Vision M NEXT konsepti ilə birlikdə Münhendə keçiriləcək xüsusi tədbirdə debüt etməlidir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, dərc edilmiş şəkillərdən də göründüyü kimi, ikinci cərgənin oturacaqları iki fərdi kreslodan ibarət olacaqdır. Kresloları klimat-kontrolun arxa sərnişinlər üçün ayrıca bloku, USB-girişləri və havalandırma sisteminin deflektorları olan uzun mərkəzi tunel böləcəkdir.

Alman istehsalçısı 8 Series Gran Coupe modelinin 840d xDrive və M850i xDrive versiyalarında təklif ediləcəyini bildirib. Hazırda BMW 8 Series kupe və kabrioleti də iki modifikasiyada təklif edilir: M850i xDrive və 840d xDrive. Birinci model 4,4-litrlik V8 benzin biturbomühərriki, ikinci isə 3.0-litrlik dizel mühərriki ilə təchiz edilir. Benzin mühərriki 530 at qüvvəsi və 750 Nm fırlanma anına, dizel mühərriki isə 320 at qüvvəsi və 680 Nm fırlanma anı hasil edir. Güc aqreqatları səkkiz pilləli Steptronic avtomatik qutusu ilə tandemdə çalışır.

Milli.Az