Aygün Kazımova ilə Namiq Qaraçuxurlunun SƏMİMİ GÖRÜNTÜLƏRİ yayıldı - VİDEO

19 İyun 2019 01:30

Xalq artisti Aygün Kazımovanın illərdir danışmadığı meyxanaçı Namiq Qaraçuxurlu ilə yeni və səmimi kadrları yayılıb.

Milli.Az xəbər verir ki, eks duet ortaqları Moskvada eyni səhnəni paylaşıb. Cütlüyün konsertdən görüntüləri instaqramda yayılıb. Videoda mahnı arasında bir-birinin qulağına pıçıldayan müğənnilərin səmimi münasibəti diqqət çəkib.

İzləyiciləri cütlük arasındakı soyuq buzlar əridiyi üçün sevindiyini və onları yenidən birlikdə görmək istədiyini qeyd edib. (publika.az)

Milli.Az