Pentaqon İranın tankerlərə hücum etdiyini təsdiqləyən kadrlar yaydı - FOTO

18 İyun 2019 12:32

Pentaqon Oman körfəzində tankerlərdə baş verən partlayışla bağlı görüntülər yayıb.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, ABŞ kadrlarla hücumun arxasında İranın olduğunu sübut edib.

Görüntülərdə "İnqilab Keşikçkiləri Korpusu" üzvlərinin tankerin ətrafındakı partlamamış minaları qopartması əks olunub. Kadrlar hərbi dəniz donanmasına aid helikopterdən çəkilib.

İddialara görə, məqsəd gəmini batırmaq yox, partlatmaq olub.

Qeyd edək ki, Oman körfəzində neft tankerlərinə hücum iyunun 13-də baş verib. Norveçə aid olan iki tanker torpedo ilə vurulub, nəticədə hər iki gəmi zədələnib. Tankerlərdən birində güclü yanğın başlayıb. Hücuma görə ABŞ və Böyük Britaniya İranı ittiham edir. Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant bəyan edib ki, hücumu həyata keçirən İnqilab Keşikçkiləri Korpusudur.

Bəxtiyar Umarlı
Milli.Az