Məşhur model anasını bu gün dəfn etdi, səhər çəkilişə çıxdı - FOTO

19 İyun 2019 07:41

24 yaşlı model atasından 8 ay sonra anasını da itirib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Demi Rouz anasının ölümünün səhərisi günü çəkiliş meydançasına qayıdıb. O, məşhur bir brendin reklamı üçün kamera qarşısına keçib.

Baş verən faciəyə baxmayaraq, Demi çox sakit görünüb. Qızılı rəngli çimərlik geyimi onun bədənini dolğun göstərib. Makiyaj isə simasının gözəlliklərini üzə çıxarıb. Sosial şəbəkədə Rouz onu dəstəkləyən izləyicilərinə təşəkkür edib.
"Mən Kainata inanıram. Mən inanıram ki, lazımi yerdə, lazım olan vaxtda və düzgün yoldayam. İndi keçdiklərim hamısı məni gələcəyə hazırlayır", - deyə Rouz yazıb.

Milli.Az