İstanbulda xüsusi əməliyyat

18 İyun 2019 15:14

İstanbulda səhər saatlarından başlayaraq polis tərəfindən xüsusi əməliyyata başlanılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, narkotacirlərə qarşı təşkil olunmuş əməliyyata 200-dən çox polis əməkdaşının cəlb olunduğu bildirilir.

Məlumata görə, əməliyyat əvvəlcədən müəyyən olunmuş 10 ünvan üzrə keçirilir. Əməliyyat çərçivəsində 12 kiloqram narkotik vasitənin müsadirə olunuduğu deyilir.

Daha öncə ölkənin daxili işlər naziri Süleyman Soylu narkotik vasitənin dozadan artıq qəbul edilməsindən ölənlərin sayının getdikcə artdığını qeyd etmişdi.

Milli.Az