Evdəkilərə əsəbləşən kişi oğlunu pəncərədən atdı - FOTO

18 İyun 2019 13:47

Ailə üzvləri ilə mübahisə edən kişi oğlunu pəncərədən atıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, əsəblərinə hakim ola bilməyən ata oğlunun ad günündə onu binanın 5-ci mərtəbənin pəncərəsindən tullayıb.

Yerə düşən körpə ölməsə də, ölümcül bədən xəsarətləri alıb.

Uşağın nənəsi ilə babası dərhal həyətə düşərək uşağı yerdən götürüb, xəstəxanaya çatdırıblar. O, bir gün sonra dünyasını dəyişib.

Hadisə yerinə gələn polislər uşağın atası Zhang-ı tutublar.

29 yaşlı kişi saxlanılıb.

Hadisə Çinin Sichuan vilayətində baş verib.

Emin
Milli.Az