Xəyanət ölümə səbəb oldu - Başqa kişini sevən evli qadından dəhşətli addım - FOTO

18 İyun 2019 10:14

Ailəli qadın və onun sevgilisi intihar edib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, 21 yaşlı Anju adlı qadın və onun sevgilisi Şamkar Çaudhari özlərini silahla vuraraq öldürüblər.

Hadisə Hindistanın Racastxan ştatının Jaisalmer şəhərində baş verib.

Ailəli qadın gizli münasibət yaşadığı sevgilisi ilə birlikdə başlarında silahla çəkilən fotosunu yayıb, özlərini öldürüblər.

News 18 yazır ki, cütlük özlərini öldürməzdən əvvəl səsyazısı yayıblar. Onlar səsyazısında bir-birlərini sevdiklərini etiraf ediblər.

Times of India-nın məlumatına görə Anju adlı qadın 2 ay əvvəl başqa kişiyə ərə gedib.

Emin
Milli.Az