Bakı metrosunda hərəkət İFLİC OLDU - Sərnişinlər qatarda gözlədilər - FOTO

18 İyun 2019 09:05

Bakı metrosu həftənin ilk iş gününə yenə "üzü qara" başlayıb.

Milli.Az xəbər verir ki, elektron tabloda "İçərişəhər" qeyd edilsə də sözügedən istiqamətdə təxminən 15 dəqiq ərzində platformaya qatar daxil olmayıb. Bu isə stansiyaların platformalarında sərnişin sıxlığına səbəb olub. Eyni zamanda "Həzi Aslanov" istiqamətində hərəkət edən sərnişin dolu qatarlar da dəqiqələrcə platformalarda gözləməli olublar.

"Bakı Metropoliteni"QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov problemin səbəbini belə izah edib:

""Həzi Aslanov" stansiyasından start götürən qatarda "Xalqlar dostluğu" stansiyasında texniki nasazlıq yaranıb. Nəticədə sərnişinlər həmin stansiyada boşaldılıb. Qatar depoya göndərilib. Həmin qatarın əvəzinə xətеə ehtiyat qatar buraxılıb. Baş vermiş problem nəticəsində qatarlar arasındakı intervalda 15 dəqiqə ləngimə yaranıb. Hazırda intervalın bərpası üçün tədbirlər görülür". 

Təhməz Təkin
Milli.Az