Bakıda yaşlı qadın binadan yıxılaraq dünyasını dəyişib - FOTO

17 İyun 2019 22:43

Bakının Nizami rayonunda bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Q.Qarayev küçəsindəki hündürmərtəbəli binaların birində qeydə alınıb.

Belə ki, yaşlı qadın həmin binanın yuxarı mərtəbələrindən yıxılaraq dünyasını dəyişib.
Hadisənin təfərrüatları araşdırılır.

Milli.Az