Ağsuda 4 otaqlı ev yanıb

17 İyun 2019 21:49

Ağsuda yanğın qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, rayonun Elabad kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, bitişik ümumi sahəsi 60 m² olan talvar və altına yığılan 1,8 ton ot bağlamasının 1 tonu yanıb.

Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Milli.Az