Azərbaycan daha 400 avtomobil üçün sifariş alıb

17 İyun 2019 17:40

İlin əvvəlindən başlayaraq qeyri-neft sənayesində daha böyük fəallıq avtomobil istehsalı sahəsində müşahidə olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazirin sözlərinə görə, ölkədə istər minik, istər yük avtomobillərinin istehsalı ildən-ilə artır.

Ş.Mustafayev qeyd edib ki, Neftçala Sənaye Parkında 2018-ci ildən fəaliyyət göstərən "Xəzər" avtomobil zavodunda bu ilin ilk rübündə 1600 minik avtomobili istehsal olunub. Həmin avtomobillərin də böyük əksəriyyəti artıq satılıb. Müəssisə daha 400 avtomobil üçün sifariş alıb.

Milli.Az