“Yaradıcı insanın biznesi olmamalıdır”

17 İyun 2019 17:18

Proyektlər haqda düşünürəm, istəyirəm ki, reallaşdırım, sonra danışım. Bizneslə məşğul olmuram. Hər kəsin kənarda biznesi var. Amma düşünürəm ki, yaradıcı insan bizneslə məşğul olmamalıdır.

Milli.Az bildirir ki, bu sözləri axşam.az-ın suallarını cavablandıran "Bozbash Pictures"un "Fəlakət"i, aktyor Elşən Orucov deyib.

O, aktyorların bizneslə məşğul olmasınının düzgün olmadığını vurğulayıb:

"Qardaş, Allah sənə elə biznes verib ki, onu böyüdüb nə qədər pullar qazana bilərsən. İstərdim ki, onlar öz işlərindən pul qazansın, başqa işlərdən yox".

Milli.Az