İstanbulun mərkəzində ATIŞMA: yaralılar var

17 İyun 2019 14:53

İstanbulun Fatih rayonunda silahlı insident baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, atışma çeçenlər arasında olub. Məlumata görə, insident nəticəsində iki nəfər ağır yaralanıb.

Atışmanın Fatihdəki otellərin birində olduğu da qeyd edilir.

Hadisə ilə bağlı digər detallar hələ açıqlanmır. Polis araşdırmaya başlayıb.

Milli.Az