Afrikalı futbolçu "Səbail"dən ayrıldı

17 İyun 2019 14:09

"Səbail"in  futbolçusu Maudo Jarjue komandanı tərk edib.

Milli.Az xəbər verir ki, bu barədə qol.az-a komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib. Onun sözlərinə görə, qvineya-bisaulu müdafiəçi ilə yeni müqavillə bağlamaq istəsələr də futbolçu buna müsbət cavab verməyib:

"Meneceri Jarjuenin başqa təkliflərinin olduğunu dedi. Futbolçu buna görə getmək qərarına gəlib. Onun əvəzinə bir və ya iki müdafiəçi almaq istəyirik".

Qeyd edək ki, Maudo Jarjue 2017-ci ilin yayından "Səbail"də çıxış edirdi. 

Milli.Az