Lənkəran çayından meyit tapılıb

17 İyun 2019 11:36

Lənkəran çayından 1 nəfərin meyiti çıxarılıb.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərinin Sütəmurdov kəndində 1 nəfərin meyitinin (şəxsiyyəti dəqiqləşdirilir) Lənkəran çayından çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri meyiti sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az