Bodrumda eniş zamanı təyyarənin şassisi partladı

17 İyun 2019 08:08

Türkiyənin Milas-Bodrum hava limanında yerli vaxtla saat 18:00-da eniş edən təyyarənin şassisi partlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, qəza nəticəsində təyyarə enmə zolağından çıxıb. Hadisə ilə bağlı aeroportda müvəqqəti olaraq təyyarələrin uçuşu dayandırılıb.

İnsident nəticəsində xəsarət alan olmayıb. Təyyarənin özəl şirkətlərdən birinə məxsus olduğu bildirilir.

Milli.Az