Yaponiyada zəlzələ olub

17 İyun 2019 07:25

Yaponiyanın Xonsyu adasında 5,2 bal gücündə zəlzələ olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, zəlzələnin episentri İbraki prefekturasında, ocağı isə 80 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanların maksimum gücünü İbraki prefekturası sakinləri hiss edib. Sunami təhlükəsi yoxdur.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az