Pompeo: "ABŞ İrana qarşı müqavimət göstərmək üçün..."

16 İyun 2019 23:39

ABŞ regionda İrana qarşı müqavimət göstərmək üçün bütün variantları, o cümlədən hərb yolunu nəzərdən keçirir, lakin Vaşinqton Tehranla müharibə etmək istəmir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ABŞ Dövlət katibi Maykl Pompeo deyib.

M.Pompeo qeyd edib: "ABŞ prezidenti [Donald Tramp] bir neçə dəfə [bu variantlar barədə] məlumatlandırılmışdır. Hətta onu davamlı şəkildə məlumatlandıracağıq".

ABŞ-ın İrana qarşı hərbi variantı nəzərdən keçirəcəyinə dair jurnalistin sualına ABŞ Dövlət katibi: "Əlbəttə ki", - deyə cavab verib. Eyni zamanda, M.Pompeo əlavə edib: "Prezident Tramp çox açıq şəkildə vurğulayıb ki, o, müharibəni istəmir".

Milli.Az