Argentina əhalisinin yarısında elektrik enerji təminatı bərpa edilib

16 İyun 2019 22:55

Argentinada enerji təminatında böyük fasilə baş verəndən sonra istifadəçilərin yarısında elektrik enerji təminatı bərpa edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Argentina prezidenti Maurisio Makri deyib.

Qeyd edək ki, bu gün səhər saatlarında enerji təchizatı sistemində yaranan fasilə Argentina və Uruqvayı işıqsız qoyub, Uruqvayda elektrik təchizatı bərpa edilməyə başlayıb.

M.Makri qeyd edib ki, hazırda 50 faiz müştərilərdə hər şey ştat rejimində işləyir:

"Yaxın vaxt ərzində bütün istifadəçilərdə elektrik enerji təminatı bərpa ediləcək".a

Milli.Az