2 otaqlı ev yanıb

16 İyun 2019 21:30

Ağstafada yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Köçəsgər kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 35 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az