Kraliçanın villası satışa çıxarılıb

17 İyun 2019 21:25

Böyük Britaniya Kraliçası II Elizabetin Maltadakı köhnə villası 6 milyon avroya satışa çıxarılıb.

Milli.Az marja.az-a istinadən bildirir ki, kraliça villada 1949-1951-ci illərdə həyat yoldaşı şahzadə Filip Maltada dəniz zabiti vəzifəsində çalışarkən evliliklərinin ilk illərində yaşayıb. Evin 1,560 kvadratmetr sahəsi var.

Əmlak şirkətinin elanında Kraliçanın villası Palazzo arxitekturasında möhtəşəm bir yaşayış yeri kimi təsvir edilib və böyük tarixi olduğu bildirilib.

Milli.Az