Beyləqanda taxıl sahəsi yanıb

16 İyun 2019 12:00

Beyləqan rayonunda taxıl sahəsi yanıb.

FHN-dən Milli.Az-a verilən məlumata görə, rayonun Təzəkənd kəndində 1 ha biçilməmiş taxıl sahəsi və 800 m² sahədə quru ot yanıb.

Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Milli.Az