Hindistandan ABŞ-ı qəzəbləndirəcək addım

15 İyun 2019 23:42

Hindistan ABŞ istehsalı olan bəzi məhsulların rüsumunu artırmaq qərarına gəlib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, alma, badam, mərci, habelə bəzi kimyəvi məhsulların rüsumları artırılacaq.

Qərar artıq iyunun 16-dan qüvvəyə minəcək.

Qeyd edək ki, ilk dəfə Hindistan yeni tariflər barədə bir il əvvəl bəyanat verib. Bu, ABŞ-ın Hindistandan idxal olunan alüminium və polada tətbiq olunan rüsumları artırmaq qərarına cavab olub.

Milli.Az