Makrondan Türkiyə ilə bağlı skandal sözlər: "Ankara buna son qoymalıdır"

15 İyun 2019 18:52

Türkiyə Şərqi Aralıq dənizindəki "qanunsuz fəaliyyətlərinə" son qoymalıdır.

Milli.Az xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron deyib.

Daha əvvəl Suriya mövzusunda da Türkiyə ilə bağlı nota dilində danışan Makron Avropa İttifaqının bu mövzuda zəiflik göstərməyəcəyini deyib.

"Kiprlə tamamilə həmrəylik içindəyik və suverenliyinə dəstək veririk. Türkiyə Kiprin iqtisadi bölgəsindəki qanunsuz fəaliyyətinə son qoymalıdır. Avropa İttifaqı bu mövzuda zəifliyi göstərməyi planlaşdırmır", - o, Cənub Avropa ölkələrinin liderlərini bir araya gətirən Malta sammitindən sonra vurğulayıb. (publika.az)

Milli.Az