"Yüz illik tənhalıq" əsəri serial olacaq

15 İyun 2019 19:35

Yazarın ailəsi romanın lentə köçürülməsinə icazə verib

Milli.Az bilge.az-a istinadən bildirir ki, dünya şöhrətli kolumbiyalı yazar Qabriel Qarsiya Markezin "Yüz illik tənhalıq" əsərinin serialı çəkiləcək. "Bu, son 50 ildən çox müddət ərzində ilk və yeganə hadisədir ki, yazıçının ailəsi əsərin lentə köçürülməsinə icazə verir", - "Netflix"in yaydığı məlumatda deyilir.

1967-ci ildə İspaniyada nəşr olunan "Yüz illik tənhalıq" romanı Nobel mükafatlı yazarın ən məşhur əsəridir.

"Yüz illik tənhalıq" dünya romançılığında şah əsərlərdən biri sayılır. Çilili şair Pablo Neruda romanı "Don Kixotdan sonra ispan dilində yazılmış ən möhtəşəm əsər" adlandırıb.

Qabriel Qarsiya Markez Kolumbiyanın milli simvollarından biri sayılırdı. Yazar 2014-cü ildə vəfat edəndə Kolumbiyada 3 günlük matəm elan olunmuşdu.

Milli.Az