UEFA prezidenti: "Azərbaycan klubu Londonda oynasaydı, heç kim tənqid etməzdi"

15 İyun 2019 13:15

Əgər iki Azərbaycan komandası Londonda oynasaydı, heç kim tənqid etməzdi.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu fikirləri UEFA prezidenti Aleksandr Çeferin Avropa Liqasının finalının Bakıda keçirilməsi qərarını müdafiə edərkən deyib.

"Əgər məndən nəyə görə Bakını seçdiyimizi soruşsalar, deyərdim: "Ona görə ki, orada insanlar yerli vaxtla saat 23:00-da başlayan oyunlara baxır və heç kəs narazılıq etmir.

Əgər iki Azərbaycan klubu Londonda oynasaydı, heç kim tənqid etməzdi. İlyarım əvvəl qərar verdik ki, qarşılaşma Bakıda 70 minlik müasir stadionda keçiriləcək. Təkcə İngiltərə və Almaniyada deyil, hər yerdə futbolu inkişaf etdirmək lazımdır", - Çeferin bildirib.

Qeyd edək ki, Avrokuboklarda əhəmiyyətinə görə ikinci olan final mayın 29-da Bakıda "Çelsi" və "Arsenal" arasında keçirilib. Bu klubların bəzi azarkeşləri matçın keçirildiyi yerlə bağlı tənqidlər səsləndiriblər.

Milli.Az