Ramil Şeydayev İçərişəhərdə uşaqlarla futbol oynadı - VİDEO

15 İyun 2019 13:10

Azərbaycan millisinin və Rusiyanın "Krılya Sovetov" klubunun futbolçusu Ramil Şeydayev İçərişəhərdən video paylaşıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, futbolçu sosial şəbəkə hesabında yerləşdirdiyi videoda uşaqlarla futbol oynayıb. 

R.Şeydayev videonu "Bye-bye Baku" (Hələlik, Bakı - red.) başlığı ilə paylaşıb. 

Qeyd edək ki, R.Şeydayev Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin heyətində Macarıstana (1:3), Slovakiyaya (1:5) qarşı oyunlarda iştirak edib. 

Milli.Az