Yazıçının maraqlı hərəkəti - FOTO

16 İyun 2019 22:15

Əsrlər boyu inqilabi roman yazmaq bir çox yazıçıya nəsib olub. Onların adlarını sadalamaq unutduqlarımıza haqsızlıqdır. Amma bir yazıçı da olub ki, vərəqlər üzərində həqiqətən şücaət göstərib.

Ernest Vinsent Rayt və onun "Gedsbi" romanı haqda danışacam sizə. Romanın unikallığı bilirsiniz nədədir? 50 min sözdən ibarət əsərdə "E" hərfli kəlmə yoxdur.

Milli.Az xəbər verir ki, dahi yazıçı əsərini lipoqram janrında yazıb. Bu janra müraciət edəndə qələm sahibi hansısa hərfdən imtina etməlidir. Məsələn, ingilis dilində lipoqram yazarkən Z, X, Q hərflərindən asanlıqla vaz keçmək mümkündür. A, E hərflərindən imtina etmək isə çox çətin məqamdır.

Qarşısına olduqca ağır məqsəd qoyan yazıçı öncə çap maşınında E hərfinin üstünü örtür ki, ona "tamah" salmasın. E hərfi ilə olan sözləri isə asanlıqa əvəzləyir. Bu kəlmələrdən ibarət roman nəinki mənasını itirmir, əksinə daha duyğulu və peşəkar səviyyədə tamamlanır. Кitab hazır olandan sonra çoxları yazıçını yalançılıqda günahlandırırlar. Lakin "E-sizlik" teoreminin banisi sübut edir ki, insan istədiyi təqdirdə hər şeyi mümkün edə bilər, yaxud da sadəcə mümkündür. (publika.az)

Milli.Az