"10 uşaq da doğmaq istəyirəm" - Oksanadan CƏSARƏTLİ AÇIQLAMA - FOTO

15 İyun 2019 10:36

Oksana, bundan sonra övlad istəyirsən?

Milli.Az xəbər verir ki, Tarix Əliyev (Tolik) bu sualla rəqqasə-aktrisa Oksana Rəsulovaya müraciət edib.

Oksananın cavabı hər kəsi məəttəl qoyub:

"Mən birinci övladdan sonra 10 uşaq da istəyirəm (gülür). Vallah, mən çox istəyirəm. İnandırım ki sizi, səhhətim və imkanım buna izn versə, istəyirəm. Övlad hissi o qədər gözəl hissdir". 

Qeyd edək ki, Oksana Rəsulovanın Osman adlı 10 aylıq oğlan övladı var. 

Məhəmməd Vaqif
Milli.Az