9 sentyabrda planetimizlə asteroid toqquşacaq - Avropa Kosmik Agentliyindən DƏHŞƏTLİ XƏBƏRDARLIQ

16 İyun 2019 07:55

Avropa Kosmik Agentliyindən yeni açıqlama verilib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, açıqlamaya əsasən, 9 sentyabr tarixində planetimizlə bir asteroidin toqquşma riski yüksəkdir. Bildirilir ki, asteroidin ölçüsü 40 metrdir.

Eyni açıqlamayada bildirilir ki, "2006QV89" səma cismi 9 sentyabr saat 07:00-da planetimizlə toqquşa bilər. Risk siyahısına görə, asteroidin dünyamızla toqquşma ehtimalı 7 min 299-da birdir. Agentlikdən bildirilir ki, səma cismi indiki trayektoriya ilə uçsa, planetin 6 milyon 850 min kilometrliyindən keçəcək.

Milli.Az