35 yaşlı kişi ürəyindən bıçaqlandı

16 İyun 2019 01:30

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Ləkçıplaq kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü İbrahimov Elşən Tofiq oğlu küçədə naməlum şəxs tərəfindən döş qəfəsindən bıçaqlanıb.

Yaralı Göyçay Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az