Ulduz futbolçunun paylaşımı çaş-baş saldı - Qadın bildilər, kişi çıxdı

14 İyun 2019 21:54

İtaliyanın "Yuventus" klubunun ulduz futbolçusu Moyze Kinin sosial şəbəkədə etdiyi paylaşım maraqla qarşılanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İtaliyanın U-21 millisinin düşərgəsində olan gənc hücumçunun otel otağından paylaşdığı videoda yarıçılpaq halda uzanmış şəxs görünüb.

İzləyiciləri arxa fonda olan həmin şəxsin qadın olduğunu düşünüblər. Lakin çoxsaylı müzakirələrdən sonra açıqlama vermək məcburiyyətində qalan Moyze Kin, fondakı adamın qadın olmadığını bildirib. Milli üzvü yarıçılpaq halda uzanan şəxsin "Roma"nın futbolçusu Nikolo Zaniolo olduğunu qeyd edib.

Milli.Az